Stress çarxı uşağın gözünü yaraladı - FOTO

7 İyun 2017 13:22 (UTC+04:00)

İlk olaraq diqqət problemi olanların fokuslanmasına kömək olmaq üçün hazırlanan stress çarxı bütün dünyada tez bir zamanda yayıldı. Xüsusilə uşaqların əlindən düşməyən stress çarxı parlaqlığı və döyüş sənəti silahlarını xatırladan müxtəlif dizaynlarıyla bazarda çox yayılıb. Ancaq bu qədər məşhurlaşması və yayılması ilə yanaşı, stress çarxı qəzalara da səbəb olur.
 
Movqe.az-ın ailem.az-a istinadən bir uşağın yaşadığı qəzadan bəhs edəcək. Ana hadisəni belə xatırlayıb: “Bir neçə gün idi ona stress çarxı almışdıq. Çarxı çox yüksəkdən və sürətlə fırlatdı, sonra isə tuta bilmədi. Əlindən çıxıb gözünün kənarına çırpılaraq yaraladı. Həkim deyir bəxtiniz gətirdi. Gözünə girsəydi, kor ola, hətta göz bəbəklərini itirə bilərdi”.

 
Başqa bir ana isə qızının çarxın üzərində olan halqalardan birini səhvən udduğunu və boğulmaq üzrə olduğunu deyib: “Mən sükan arxasında oturmuşdum. Qızım isə arxa oturacaqda stress çarxı ilə oynayırdı. Birdən qızımın öskürdüyünü eşitdim. Güzgüdən baxanda üzünün qıpqırmızı olduğunu və ağzından köpük gəldiyini gördüm”.

 
Bu cür qəzalardan qorunmaq üçün stress çarxını alarkən uşağın yaşını nəzərə almaq lazımdır. Çarxların içində olan halqalar asan çıxa bildiyi üçün boğulma riski var. Buna görə də 8 yaşdan balaca uşaqlara uyğun deyil.