Avstraliyada 3 milyon insan yoxsulluq həddində yaşayır

7 İyun 2017 16:32 (UTC+04:00)

Avstraliyada 731 mini uşaq olmaqla 3 milyon adamın yoxsulluq həddində yaşayır. Movqe.az xəbər verir ki, Sosial Xidmət Şurası (ACOSS) 2016-ci ilin yoxsulluq məlumatlarını açıqlayıb. Hesabata görə, ölkədə 3 milyon adam yoxsulluq həddində yaşayır. Bunların arasında 731 min 300 uşaq var. Yoxsulluq səviyyəsində yaşayan uşaq sayının son 10 ildə 2 faiz artdığına işarə edilən hesabatda bu uşaqların ölkədəki ümumi uşaqların  17,4 fazini təşkil etdiyi göstərilir. 

Qeyd edək ki, təxminən 24 milyon əhalisi olan Avstraliyada Mərkəz Bankının faiz dərəcələrini son illərin ən aşağı səviyyəsi olan 1,5 faizə endirməsinə baxmayaraq, iqtisadiyyatda gözlənilən canlanma reallaşmayıb. Ölkədə işsizlik səviyyəsi 5,7 inflyasiya dərəcəsi isə 1,3 faiz olaraq hesablanır. 

Mübariz BAYRAMOV