Parisdə 56 yaşlı müəllim Fransanı məhkəməyə verib

8 İyun 2017 09:26 (UTC+04:00)

Parisin 56 yaşlı sakini Fransanı məhkəməyə verib. movqe.az-ın məlumatına görə, bu barədə "BBC" xəbər yayıb.

Xəbərdə bildirilir ki, buna səbəb onun səhhətinin havanın çirklənməsi ilə əlaqədar pisləşməsidir.
Yoqa müəllimi Klotilda Nonnez bildirib ki, 30 ildən artıqdır paytaxtda yaşayır və onun səhhəti pisləşməkdədir. Klotildanın problemləri nəfəs yollarında və astma xəstəliyindədir.
Ötən ilin dekabrında Parisdə havanın çirklənməsi rekord miqyasa çatanda onun səhhəti daha da pisləşib. Klotilda Nonnezin vəkilnin sözlərinə görə, hər il havanın çirklənməsi səbəbindən Fransada 48 min insan ölür.
Vəkil qeyd edib ki, digər məhkəmə iddiaları Fransanın başqa şəhərlərində də qaldırılacaq.