Masallıda 55 yaşlı kişi özünü həyətindəki ağacdan asdı

8 İyun 2017 11:26 (UTC+04:00)

Masallı rayonunda intihar hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, Masallı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Axundov küçəsi, ev 13-də baş verib. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Məmmədov Ərəstun Cabbar oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.