Şahin Mustafayev: Sənaye parkları sayəsində 5 min iş yeri açılıb

8 İyun 2017 11:39 (UTC+04:00)

Bu gün Azərbaycanın fəaliyyətdə olan 5 sənaye parkına 800 milyon dollar həcmində investisiya qoyulub. 

Movqe.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib.

Nazir qeyd edib ki, hazırda sənaye parkları sayəsində təqribən 5 min yeni iş yeri yaradılıb.