Müəllimlərə imtahan xəbəri

8 İyun 2017 12:10 (UTC+04:00)

Bu gündən müəllimlərin yerdəyişməsinin ikinci mərhələsi başlayır. Movqe.az-ın  məlumatına görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin 8-12 iyun tarixlərində  bir rayon (şəhər) məktəbindən başqa (rayon) şəhər məktəbinə yerdəyişməsi həyata keçiriləcək. Bu yerdəyişmə prosesi də proqram təminatı vasitəsi ilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçiriləcək.