Gəncədə kütləvi dava düşüb, polis əməkdaşı döyülüb

8 İyun 2017 12:28 (UTC+04:00)

Gəncədə polis əməkdaşı döyülərək ağır xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında Gəncə şəhərində bir qrup şəxs arasında kütləvi dava olub. Nəticədə Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Elçin Fərman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev polis əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.