İranda daha bir olay: 16 yaralı

8 İyun 2017 15:16 (UTC+04:00)

İranda bu dəfə küçədə vətəndaşların üzərinə sulfat turşusu atılıb.Movqe.az-ın İran KİV-nə istinadən məlumatına görə, dünən ard-arda terror hücumuna məruz qalan İranda bu gün də əhaliyə sulfat turşulu hücum edilib. 
 
Tehranda baş verən hadisədə 16 nəfər xəsarət alıb. 
 
Hadisəni törədən şəxsin yaxalandığı və olayın terrorla əlaqəli olmadığı deyilib.