Nazir Azərbaycan manatının məzənnəsindən danışdı

8 İyun 2017 14:59 (UTC+04:00)

Azərbaycan manatı getdikcə möhkəmlənir və öz yerini tapmaqdadır. Trend-in məlumatına görə, Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, hazırda ölkədə makroiqtisadi sabitliyin təmin olunması üçün vacib addımlar atılır: “Bunun nəticəsi olaraq Azərbaycan manatı möhkəmlənməyə davam edir. Manatın məzənnəsi stabilləşib və manat tədricən yerini tapır”.