İranın kəşfiyyat naziri: “Son iki ildə yüzdən çox terror aktının qarşısı alınıb”

8 İyun 2017 19:00 (UTC+04:00)

“Son iki ildə İranda yüzdən çox terror aktının qarşısı alınıb”."Movqe” TASS-a istinadən xəbər verir ki, bunu İranın informasiya və kəşfiyyat naziri Mahmud Ələvi iyunun 8-də jurnalistlərə bildirib.

Nazir iyunun 7-də Tehranda törədilən terror aktları ilə bağlı deyib: “Terrorda iştirak edən bir neçə nəfər tutulub, istintaq aparılır. Ona görə də detalları açıqlaya bilmərəm. Eləcə də biz hələlik Səudiyyə Ərəbistanını dünənki hadisədə ehtimal olunan iştirakına görə də mühakimə edə bilmərik”.
Xatırladaq ki, iyunun 7-də Tehranda İran parlamentinin binasına və ayətullah Xomeyninin məqbərəsinə silahlı hücum nəticəsində 17 nəfər ölüb, 52 nəfər yaralanıb.