Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu həbs oluna bilər

8 İyun 2017 20:30 (UTC+04:00)

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Fəthullah Gülən hərəkatı ilə əlaqələrinə görə həbs oluna bilər. Bu barədə Türkiyə KİV məlumat verir. Məlumatlara görə, bununla əlaqədar daha bir neçə keçmiş nazirin həbsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəsinin keçmiş müşaviri ötən ilin iyul ayında baş vermiş dövlət çevrilişi cəhdindən Ə.Davudoğlunun məlumatlı olduğunu iddia etmişdi.