Deputat reanimasiyaya yerləşdirildi

8 İyun 2017 16:10 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində  problem yaranıb. Movqe.az-ın məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.
 
Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Yaxınlarının verdiyi məlumata görə, deputatın vəziyyəti orta stabildir.