Şaurmadan 50 nəfər zəhərləndi

8 İyun 2017 17:25 (UTC+04:00)

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində şaurmadan 50 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, bu gəstərici son 3 gün ərzində qeydə alınıb.

Təkcə bu gün xəstəxanaya zəhərlənmə ilə bağlı 10 nəfərin müraciət etdiyi bildirilib.

Zəhərlənən şəxslər ticarət məntəqələrinin birindən şaurma aldıqlarını deyib.