Paytaxtda iki taksi toqquşdu: yaralı var

9 İyun 2017 10:11 (UTC+04:00)

Bakının Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Movqe.az report-a istinadən xəbər verir ki, Neftçilər metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan "Ford Focus" markalı digər taksi sürücüsünün "Lada Priora"sı ilə toqquşub.

Nəticədə "Ford"da olan sərnişin, 1991-ci il təvəllüdlü Kərimov Kənan Azad oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.