Magistraturaya ixtisas seçimi başladı

9 İyun 2017 10:27 (UTC+04:00)

İyunun 9-dan 19-dək ali məktəblərin magistratura səviyyəsinə internet vasitəsi ilə ixtisaslaşma seçimi başlayıb.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
 
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7709 plan yeri ayrılıb.
 
5541 yer (71.88 %) Azərbaycan bölməsi, 702 yer (9.11 %) rus bölməsi, qalan 1466 yer (19.01 %) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
 
Qəbul planı üzrə yerlərin 6535-i dövlət (84.77 %), 1174-ü (15.23 %) isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2408-dir.