Böyük Britaniyanın Mühafizəkarlar partiyası seçkilərdə liderlik edir

9 İyun 2017 11:23 (UTC+04:00)

Böyük Britaniyanın Mühafizəkarlar partiyası vaxtından əvvəl keçirilən parlament seçkilərində liderlik edir.  
 
Movqe.az-ın  APA-ya istinadən xəbərinə görə, hazırda mühafizəkarlar 650 mandatdan 300-nü, leyboristlər isə 251-ni əldə ediblər. Şotlandiya Milli Partiyası 34, Liberal Demokratik Partiyası 11 mandat əldə edib. Digər partiyalar isə 21 mandat qazanıb. Səslərin hesablanması davam etdirilir.
 
Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib,  Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.