Şou ulduzu intihar etdi - FOTO

9 İyun 2017 11:35 (UTC+04:00)

MTV-nin ulduzu Deni Diaz Nyu-Yorkdakı evində ölü tapılıb.

Movqe.az  milli.az-a istinadla bildirir ki, 2004-cü ildə yayımlanan "Road Rules" və bir il sonra efirə gedən "The Challenge: Gauntlet 2" verilişlərinin iştirakçısının cəsədini evinə gələn polislər tapıb. 

Deninin dostları 2 gündür ondan xəbər ala bilmədiklərinə görə polisə xəbər veriblər. Deninin evinə gələn polislər onun yerə uzanan cəsədini görüblər.

İlkin məlumata görə, yüksək dozada narkotik maddə qəbul edən Deni intihar edib.