Dörd ölkədən ortaq Qətər bəyannaməsi

9 İyun 2017 12:36 (UTC+04:00)

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətər əleyhinə ortaq bəyannamə hazırlayıb.

Movqe.az yenicag.az-a istinadən xəbər verir ki, dörd ölkənin hazırladığı rəsmi sənəddə Qətərin dəstəklədiyi 59 şəxs və 12 xeyriyyə cəmiyyətini “terrorçu siyahısına” əlavə edib. Məlumatı Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi (SPA) yayımlayıb. 9 ölkədən 9 şəxs və 12 qurumun daxil edildiyi siyahıda Dünya Müsəlmanlar Birliyinin sədri Yusif Əl-Karadavinin də adı var.

Ortaq açıqlamaya əsasən, bu bəyannamə 4 ölkənin terrorizm və radikalizmlə, eyni zamanda terroru maliyyələşdirən qüvvlərlə mübarizəsinin təzahürüdür. Həmçinin Qətərin bütün xəbərdarlıqlara baxmayaraq 2013-2014-cü ildə Riyadda imzalanmış sazişlərə uymaması iddia edilib. Qətər terrorizmə maliyyə dəstəyi verməkdə günahlandırılıb.