Rusiyanın nüfuzlu jurnalında Varis Yolçuyevlə müsahibə dərc edilib

9 İyun 2017 13:17 (UTC+04:00)

Rusiyanın, postsovet məkanının, eləcə də Şərqi Avropanın  populyar ədəbiyyat dərgilərindən olan, Avropa, Amerika və Asiyanın rusdilli oxucu kutləsinə malik çox böyük bir ərazisində yayılan «Russkiy kolokol»da Azərbaycan yazıçısı Varis Yolçuyevlə geniş müsahibə dərc edilmişdir. Ədəbiyyatşünas Yelena Vasilyevanın hazırladığı, 7 səhifəni əhatə edən «Mən ədəbiyyatla 24 saatın 25 saatını məşğul oluram» adlı müsahibə yazıçımıza olduqca yüksək qiymət verilən təqdimatla başlayır ki, bu da qürurverici haldır:

«Bu yazıçının öz həyat müdrikliyi ilə insanları heyrətləndirən dahiyanə aforizmləri çoxlarına məlumdur. Hər halda, bu aforizmlər qısa müddətdə internet şəbəkəsində onlarca resurslarda yayılaraq onun müəllifinin fikirlərinin önəmliliyini vurğulayır.  Özünün çox gənc ədəbiyyat karyerası olmasına baxmayaraq o, elə zirvələr fəth edib ki, bunlar minimum 2-3 və daha çox müəllifə bəhs edərdi. «Russkiy kolokol»un qonağı müasir dünyanın ən-ən istedadlı şəxslərindən olan, Azərbaycan yazıçısı Varis Yolçuyevdir».
Müsahibədə müasir ədəbi proseslərdən, yazıçının yaradıcılığından, yaşayış tərzindən, məşğuliyyətlərindən, gələcək planlarından söz açılır, Azərbaycan barədə bəzi həqiqətlərə toxunulur.
Müsahibənin elektron variantını bu linkdən oxuya bilərsiniz