Prezidentin tapşırığına əsasən yaradılan xüsusi komissiya “Soyqırımı memorial kompleksi”nə baxış keçirib -FOTOLAR

9 İyun 2017 11:51 (UTC+04:00)

“Soyqırımı memorial kompleksi”ndə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya üzvləri iyunun 9-da Qubaya gəliblər.

Movqe.az  xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi komissiyanın üzvləri “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçiriblər.

Bu gün Quba Rayon İcra Hakimiyyətində komissiyanın iclası olacaq