Qəbul etdiyimiz bu dərmanlar siqaretdən daha təhlükəlidir

9 İyun 2017 21:30 (UTC+04:00)

ABŞ-ın Arizona dövlət universiteti tərəfindən həyata keçirilmiş araşdırma nəticəsində, yuxu dərmanlarının siqaretdən daha təhlükəli olduğu ortaya çıxıb.

Movqe.az teleqraf.com-a istinadən xəbər verir ki, yuxu gətirici olması səbəbi ilə qəbul olunan sözügedən dərmanların insan sağlamlığına ciddi təhlükə mənbəyi olduğu ortaya çıxıb.

Arizona Dövlət Universitetinin nümayəndəsi Şoun Yanqsted bir yuxu dərmanının 1 paket siqaret çəkməyə bərabər olduğunu deyib.

Onlarına araşdırması nəticəsində yuxu dərmanlarının xərçəng, iflic və infarkt kimi ciddi xəstəliklərin yaranmasına səbəb olduğu məlum olub.