Salyanda "BMW" yanıb

9 İyun 2017 15:37 (UTC+04:00)

Salyanın Qarabağlı kəndində "BMW" markalı minik avtomobili yanıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,avtomobilin mühərrikinin yanar hissələri, idarəetmə lövhəsi və qabaq oturacaqları yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.