10 dollara alıb - 10 minə satdı

9 İyun 2017 16:22 (UTC+04:00)

Londonda yerləşən "Sotheby's" hərrac evində qeyri-adi satış baş tutub.

Movqe.az-ın  axşam.az-a istinadən məlumatına görə, adı açıqlanmayan bir qadın 1980-cı illərdə bazarından sadə hesab edib aldığı bir üzüyə 10 dollar (təxminən 17 manat) pul ödəyib.

İllərlə üzüyün kostyum dekorasiyasının bir hissəsi olduğu zənn edilib. İllər sonra sahibi onu zərgərə göstərmək qərarına gəlib. 

Onun həqiqi dəyəri də məhz bu zaman ortaya çıxıb. Üzüyün üzərindəki briliyantın 26 karat olduğu, xüsusi rəngi və cizgiləri ilə fərqləndiyi məlum olub.
 
Bundan sonra xanım 1800-cü illərə aid olduğu ethimal edilən üzüyü satmaq qərarına gəlib. İlkin qiyməti 250-350 min funt sterlinq (551-771 min manat) olan zinət əşyasının hərracda qiyməti 656-750 min funt sterlinqə (təqribən 1 milyon AZN; 10 min dollar) kimi qalxıb.