Samsunda əsgərləri daşıyan avtobus aşıb, 47 nəfər yaralanıb

9 İyun 2017 17:28 (UTC+04:00)

Türkiyənin şimalında əsgərləri Tokat şəhərindən Samsunun hava limanına aparan avtobus qəzaya uğrayıb.

Movqe.az  xəbər verir ki, insident Ankara-Samsun avtomobil yolunda qeydə alınıb. Avtobusun Kavak qəsəbəsi yaxınlığında yol kənarındakı baryerlərə çırpılaraq aşdığı bildirilir.

Hazırda qəzanın baş verdiyi əraziyə çox sayda təcili tibbi yardım maşınları və xilasetmə dəstələri cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

AzərTac