Zığ-Hava limanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

9 İyun 2017 17:57 (UTC+04:00)

Zığ-Hava limanı avtomobil yolunda profilaktik tədbirlərin görülməsinə başlanılır. Bir müddət ərzində sözügedən yolda təmir işləri görüləcək.

“Azəravtoyol” ASC-dən Movqe.az-a verilən məlumata görə, profilaktik təmir işlərinin görüldüyü 1 zolaq üzrə hərəkət hissə-hissə məhdudlaşdırlaraq, digər boş qalacaq zolaqlara yönəldiləcək.

Sürücülərin sözügedən yoldan istifadəsi zamanı diqqətli olmaları, profilaktik təmir işləri ilə əlaqədar olaraq quraşdırılan müvəqqəti yol nişanlarına və sürət həddinə əməl etmələri tövsiyə olunur.