Rusiyalı yazıçı və ictimai xadim "qara siyahı"ya salındı

9 İyun 2017 17:44 (UTC+04:00)

Rusiyalı yazıçı və ictimai xadim Eduard Limonov Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib.

Bu barədə Movqe.az-a açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Onun adı "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib, o, adını yenilənmiş siyahıda tapa bilər", - Hacıyev vurğulayıb.