FHN: “Sədərək” Ticarət Mərkəzində 2 mağazanın dam örtüyü 150 m2 sahədə yanıb

10 İyun 2017 19:40 (UTC+04:00)

“Sədərək” Ticarət Mərkəzində  2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.

 

Movqe.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda bildirilib.

 

Yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.