“Azərsu”dan 119 uşağın sudan zəhərlənməsinə - Münasibət

11 İyun 2017 00:38 (UTC+04:00)

““Azərsu” ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları bu gün bütün günü hadisə baş verən ərazidə olublar”.

Movqe.az  xəbər verir ki, bunu Sumqayıtda 119 uşağın sudan zəhərlənməsi barədə xəbərlərə aydınlıq gətirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib. “Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb” - deyə Cəbrayıllı bildirib. 

Zəhərlənən uşaqlar krandan su içdikdən sonra bu hala düşdüklərini bildiriblər. Uşaqların valideynləri də zəhərlənmənin sudan baş verdiyi qənaətindədir. Anar Cəbrayıllı “uşaqlardan götürülmüş qan analizlərinin nəticələrindən sonra əsas səbəb bilinəcək”, - deyə bildirib.

Xatırladaq ki, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.