Fransada parlament seçkilərinin ilk turu keçirilir

11 İyun 2017 13:00 (UTC+04:00)

İyunun 11-də Fransada parlament seçkilərinin ilk turu keçirilir.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, yerli vaxtla səhər saat 08.00-da başlayan səsvermə saat 18:00-dək davam edəcək. 

Parlamentin aşağı palatası olan Milli Assambleyanın 577 deputatını müəyyənləşdirmək üçün keçirilən seçkilərdə 7,8 mindən çox namizəd mübarizə aparır.