"Maşını qazananın..." - Fərda Xudaverdiyev

11 İyun 2017 15:19 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, "Maşın" realiti-şousunu ötən gün aktyor Fərda Xudaverdiyev tərk edib. 

Movqe.az-ın Axşam.az-a  istinadən məlumatına görə, yumor ustası oyundakı iştirakı ilə bağlı fikirlərini bölüşüb. 
O bildirib ki, hər kəslə dost kimi sağollaşıb:

"Səs verən, dəstəkləyən hər kəsin önündə baş əyirəm. Alla min əvəzini versin. Finala qalan həmkarlarıma isə dözüm və iradə arzulayıram. Söz verdiyim kimi, heç kimlə münasibətim korlanmadı. Uğurlar Oksana Rəsulova, İslam Mehrəliyev, Elcan Rəsulov... Qazananın halal xoşu olsun".

Qeyd edək ki, Fərda səs topladığı təqdirdə İslam Mehrəliyevi oyundan uzaqlaşdıracağını deyib. Sonda aktyor səs toplaya bilməyib və özü maşından gedib.