Gürcüstanda sərnişin qatarı yük maşını ilə toqquşaraq relsdən çıxıb

11 İyun 2017 16:30 (UTC+04:00)

Gürcüstanın Qori rayonunda sərnişin qatarı yük maşını ilə toqquşaraq relsdən çıxıb. 

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, yük avtomobildə olan sürücü və sərnişin xəsarət alıblar. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Qatarda olan sərnişinlər xəsarət almayıblar. 

Faktla bağlı araşdırılma aparılır.