Cocuq Mərcanlıda 933 ədəd qəlpə aşkar edilib (FOTO)

11 İyun 2017 18:03 (UTC+04:00)

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 933 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 26 207 kv.m (2.62 ha) ərazi tam təmizlənib, 9 100 kv.m (0.91 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 35 307 kv.m (3.53 ha)).

Bu barədə Movqe.az-a  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.