Fikri İşık: 2 il ərzində 10 mindən artıq terrorçu zərərsizləşdirilib

12 İyun 2017 09:00 (UTC+04:00)

2 il ərazində 10 mindən artıq terrorçu zərərsizləşdirilib.

Movqe.az-ın  məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık deyib.

O, əlavə edib ki: "Bu, böyük uğurdur".

İşık qeyd edib ki, Türkiyə 35 ildir ki fərqli fərqli terror qruplaşmaları ilə mübarizə aparır: "Biz ən uğurlu dövrü yaşayırıq".

Nazir əlavə edib ki: "Hazırda PKK terror qruplaşması fəaliyyət göstərə bilmir. Türkiyə PKK-nı tamamilə dağıdacaq və ölkəyə qarşı təhlükənin qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirlərini görəcəkdir".

Qeyd edək ki, PKK-nın 2015-ci ilin iyul ayında terror fəaliyyətini bərpa etdiyi zamandan 1200-dən artıq təhlükəsizlik xidməti əməkdaşı və mülki şəxs həlak olub.