Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinləri təyin olunub

12 İyun 2017 09:21 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinləri təyin olunub.

Movqe.az-ın məlumatına görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin ediliblər.

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinə Altay Həsənov rəhbərlik edir.

Anar Ələkbərov və Yusuf Məmmədəliyev Azərbaycanın Birinci vitse-prezidentinin köməkçiləridir.

Qeyd edək ki, bu il fevral ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.