Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12 İyun 2017 10:18 (UTC+04:00)

Bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72-ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, işlərin aparıldığı hissədə nəqliyyat vasitələrinin hərəkətində tam və qismən məhdudlaşdırılma olacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.