Həmsədrlər Qarabağa səfər edib

12 İyun 2017 12:36 (UTC+04:00)

ATƏT-nın Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Dağlıq Qarabağa səfər ediblər. 

Movqe.az-ın azvision.az-a istinadən  verdiyi məlumata görə, həmsədrlər separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər.

Görüşdə Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.