Dövlət Statistika Komitəsinin internet səhifəsi yenilənib

12 İyun 2017 13:11 (UTC+04:00)

Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi yenilənib.

Komitənin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, yeni səhifədə müasir dövrün əsas texnoloji üstünlükləri nəzərə alınmaqla təkmilləşdirmə işləri aparılıb, o cümlədən səhifənin görünüşü tamamilə dəyişdirilərək müasir standartlara, kompüter və mobil avadanlıqların ekran ölçülərinə tam uyğunlaşdırılıb.

Bununla yanaşı, səhifədəki bütün məlumatların kompüter və mobil avadanlıq istifadəçiləri üçün əlçatanlığı təmin edilib.