MEK-də Vikipediya təlimlərində iştirak edən şəxlərə sertifikat verilib

12 İyun 2017 15:24 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda təlimlər keçirilib. Təlimdə AMEA-nın Coğrafiya, Zoologiya və İqtisadiyyat İnstitutunun əməkdaşları ilə yanaşı digər qurumların əməkdaşları da iştirak edib.
MEK-in Sərbəst Elektron Resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, azərbaycan, rus və ingilis dillərində məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi öyrədilib. İştirakçılar əldə etdikləri bilikləri tətbiq edərək vikipediyada məqalələr yerləşdiriblər. Sonda fərqlənən iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimdə iştirak etmək istəyənlər [email protected]  elektron ünvanı ilə əlaqə saxlaya bilərlər. Təlimlər ödənişsizdir