Gəncə sakini dərmandan zəhərlənib

12 İyun 2017 20:30 (UTC+04:00)

Gəncədə dərmandan zəhərlənmə faktı olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Vüsalə Hüseynova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, 33 yaşlı qadın normadan artıq dərman həbi qəbul etdiyi üçün zəhərlənib.
 
 
Faktla bağlı araşdırma aparılır.