Elit yığmamız növbəti reytinq xalını qazandı

12 İyun 2017 17:37 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət Elit yığması və Qazaxıstanın "Astana" Dünya Turu komandasının üzvü Yelena Pavluxina Sloveniyada keçirilən 1.2 kateqoriyalı birgünlük "Ljubljana-Domzale-Ljubljana" fərdi ötüşmə yarışında çıxış edib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 19 km məsafəni 28 dəqiqə, 34 saniyəyə başa vuran təmsilçimiz yekunda 8-ci yeri tutub və 3 reytinq xalı qazanıb.