Azərbaycanlı oğlanın Rusiyada 6-cı sinifdə oxuyan QIZI ZORLADI

12 İyun 2017 18:18 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycandan gəlmə bir şəxs altıncı sinifdə oxuyan qız şagirdi zorlayıb.

Hadisə iyunun 1-də Şimal prospektində baş verib.

Zərərçəkən qızın anasının polisə şikayətindən sonra azərbaycanlını Kalinin rayonunda saxlayıblar. Məlumata görə, o, 2004-cü il təvəllüdlü azyaşlı qızı şəhər qarajlarından birində zorlayıb.

Fakt üzrə cinayət işi açılıb. Onu on ilə qədər həbs cəzası gözləyir.

Publika.az