Ancelina Colinin kiçik qızı filmə çəkilir.

18 Fevral 2013 17:21 (UTC+04:00)

Ancelina Coli və Brit Pitin dördyaşlı qızı Vivyen Marşelin həyatında ilk müqaviləyə imza atıb. O, " Malefisent" filmində şahzadə Avrora rolunu, anası isə Malifisentin cadugəri -əsas mənfi rolu oynayacaq.

Vivyenin debüt işi kifayət qədər yüksək qiymətləndiriləcək: həftəyə 3000 dollar. KİV-də belə bir məlumat var ki, filmdə Ancelinanın digər qızı da rol alacaq. Filmin rejissoru isə Bret Pit olacaq. Lakin belə olduğu halda film ailəvi xarakter daşıyardı. Ona görə də prodüserlər ulduz cütlüyün yalnız bir övladı ilə kifayətlənərək, Robert Stromberqi çəkilişə dəvət ediblər. Filmin premyerası 2014- cü ilin yazına planlaşdırılır.