İyunun 14-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi

13 İyun 2017 13:57 (UTC+04:00)

İyunun 13-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 13.06.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində müəyyən olunub.