İslam Mehrəliyev qız atası oldu

13 İyun 2017 14:34 (UTC+04:00)

Aktyor İslam Mehrəliyev ikinci dəfə ata olub. 

Movqe.az big.az-a istinadən xəbər verir ki, oğul atası olan aktyorun bugün səhərə yaxın qız övladı dünyaya gəlib.

İslamın bacısının dediyinə görə, körpə gecə saat 4 radələrində doğulub:

"Gecə saat 1-də gəlnimizi xəstəxanaya çatdırdıq. Çəkisi 4 kq, boyu 55 sm olan yaşılgöz qızımız dünyaya gəldi. Adını da özüm qoydum - Məryəm".

Qeyd edək ki, İ.Mehrəliyev hazırda "Maşın" realiti şounun finalçılarından biridir.