"Mollaya indidən pul vermişəm ki, mən öləndə..." - əməkdar artist

13 İyun 2017 14:49 (UTC+04:00)

Əməkdar artist Cavanşir Məmmədov özü ilə bağlı etiraf edib. 

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni "10-dan sonra" verilişində deyib ki, öz ölümü üçün hazırlıqlara çoxdan başlayıb. 

İfaçı yas mərasimi üçün mollanı illər əvvəl tutduğunu söyləyib:

“Hər insanı ölüm gözləyir. Məclislərin birində elə molla gördüm ki, oradan çıxıb gedə bilmədim. Həmin molla məclisi o qədər savadlı idarə etdi ki, məni məndən aldı. Ondan çox şey öyrənmişəm. Ona 5 il əvvəldən beh də vermişəm. Demişəm, “Cavanşir Məmmədov rəhmətə gedib” sözünü eşidən kimi bizdə ol”.