Aktyor sevgilisindən də ayrıldı

13 İyun 2017 20:00 (UTC+04:00)

Aktyor Sarp Levendoğlu ilə Dərya Şensoy ayrıldılar.
 
Movqe.az milli.Az-a istinadən bildirir ki, Bodrumda rəfiqələri ilə dincəlmək istəyən Dəryaya sevgilisi icazə verməyib. Buna görə davaları başlayan cütlük ayrılmaq qərarına gəlib. 

Qeyd edək ki, Sarp Levendoğlu daha əvvəl aktrisa Birce Akalayla ailəli olub. O, 3 illik ailə həyatına son qoyaraq Dərya Şensoyla gizli münasibətə başlamışdı.