Kolumbiyalı azarkeş döyülərək öldürüldü

13 İyun 2017 16:27 (UTC+04:00)

Kolumbiyanın "America" futbol klubunun azarkeşi "Deportivo" ilə Kali derbisindəki toqquşmalar zamanı dünyasını dəyişib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, fanat mağazadan alkoqol içki aldığı vaxt ona rəqib komanda tərəfdarları hücum ediblər. Döyülən azarkeş dostu tərəfindən motosikletlə xəstəxanaya aparılarkən keçinib. Ümumilikdə oyun ərzində 57 dəfə toqquşma baş verib. Final fitinədək 70 nəfər saxlanılıb.

Kolumbiya çempionatının yarımfinal mərhələsinin cavab görüşü "America"nın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk oyun qolsuz yekunlaşdığından, "Deportivo" finala yüksəlib. Həlledici qarşılaşmada rəqib "Atletico Nacional" olacaq.