Prezident İlham Əliyev MDB üzv dövlətlərinin Bakıda səfərdə olan gömrük xidməti rəhbərlərini qəbul edib

13 İyun 2017 16:45 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDB İcraiyyə Komitəsinin sədrini qəbul edib