İlanlar Türkiyənin yaşayış məntəqələrinə hücum etdi: güclü zəlzələ olacaq? - FOTO

13 İyun 2017 17:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, son dövrlərdə yaşayış yerlərinə axın edən ilanların Egey dənizində Rixter cədvəli ilə 6.3 bal gücündə baş verən zəlzələnin xəbərçisi olduqları haqda söz-söhbətlər böyük əks-səda yaradıb.

Egey dənizində meydana gələn güclü zəlzələ Türkiyənin qərbində böyük qorxu və çaxnaşmaya səbəb olub. 

Dənizli, Çanaqqala və Düzce kimi bir çox mərkəz rayonlarındakı yaşayış məntəqələrində görünən ilanların zəlzələ ilə bir bağlılığının olub-olmadığı isə hələ dəqiq bilinmir. Ancaq bənzər olay 1999-cu il zəlzələsindən əvvəl də olmuşdu.

milli.az