Muratdan səhhəti ilə bağlı ilk AÇIQLAMA

14 İyun 2017 13:48 (UTC+04:00)

İki gün əvvəl halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən aktyor Murat Yıldırım açıqlama verib.

Movqe.az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı İmani ELbani ilə təqdimata qatılmağa hazırlaşan, lakin özünü pis hiss etdiyi üçün tədbirin də təxirə salnmasına səbəb olan aktyor deyib:

"Sağlamlığımla maraqlananlar üçün, hər şeyi yolundadır, çox yaxşıyam, şükür. Hər şey ürəyinizcə olsun".